Xəbərlər

Əlahiddə Ümumqoşun Ordu yeni tədris dövrünə aktiv məşğələlərlə başlayıb

  • Xeber
  • Xeber
  • 72 baxış
  • 0 şərhlər

Əlahiddə Ümumqoşun Ordunun tank və mexanikləşdirilmiş birləşmələri yeni tədris dövrünə aktiv məşğələlərlə başlayıb

Əlahiddə Ümumqoşun Ordunun tank və mexanikləşdirilmiş birləşmələri yeni tədris dövrünə aktiv məşğələlərlə başlayıb. Şəxsi heyətin döyüş meydanında hədəfləri ilk atəşlə məhv etmək vərdişlərinin təkmilləşdirildiyi məşğələlər davam edir.
Əlahiddə Ümumqoşun Ordunun birləşmələrindəki Təlim-Tədris Mərkəzlərində mövcud olan müxtəlif məşq qurğularında şəxsi heyətin mərmi və yanacaq sərf etmədən qazandığı bacarıqlar səhra şəraitində təşkil olunan məşğələlərdə yerinə yetirilən tapşırıqların icra vəziyyəti ilə qiymətləndirilir.
Məşğələlərdə əsas diqqət zirehli texnikaların ekipajlarına 44 günlük Vətən müharibəsində döyüş sahəsində qazanılmış təcrübənin mənimsədilməsinə yönəldilib.
Hazırda təlim mərkəzlərində heyətlərin döyüş əməliyyatları zamanı tankları, piyadaların döyüş maşınlarını və zirehli transportyorları idarəetmə vərdişləri təkmilləşdirilir, zirehli texnikanın ərazidə təbii və süni maneələri dəf etməklə sürülməsi icra edilir, müxtəlif manevrlər və atışlar həyata keçirilir.

____
Танковые и механизированные соединения Отдельной общевойсковой армии приступили к новому учебному периоду с активными занятиями

Танковые и механизированные соединения Отдельной общевойсковой армии приступили к новому учебному периоду с проведением активных занятий. Продолжаются занятия, в ходе которых совершенствуются навыки личного состава по уничтожению целей на поле боя первым выстрелом.
Навыки, обретенные личным составом на различных тренажерах в Учебно-тренировочных центрах воинских соединений Отдельной общевойсковой армии без использования снарядов и топлива, оцениваются по состоянию выполнения задач, отработанных на организованных в полевых условиях занятиях.
Основное внимание на учениях уделялось освоению экипажами бронетехники опытом, обретенным на поле боя в ходе 44-дневной Отечественной войны.
В настоящее время в учебных центрах совершенствуются навыки личного состава в управлении танками, боевыми машинами пехоты и бронетранспортерами в ходе боевых операций, отрабатывается вождение бронетехники с преодолением естественных и искусственных препятствий на местности, а также проводятся различные маневры и стрельбы.

____

Tank and mechanized units of the Combined Arms Army started the new training period with active exercises

Tank and mechanized units of the Combined Arms Army started the new training period with active exercises. The exercises to improve the skills of military personnel to destroy targets with the first shot on the battlefield continue.
The skills acquired by military personnel in the Training Centers of military formations of the Combined Arms Army without the use of projectiles and fuel are evaluated according to the state of the tasks fulfilled in exercises organized in the field conditions.
The main focus of the exercises was on the crews of infantry vehicles to learn from the experience gained in the 44-day Patriotic War.
At present, training centers improve the qualifications of military personnel in driving tanks, infantry fighting vehicles and armored personnel carriers during combat actions. Driving armored vehicles over natural and artificial obstacles in the area, as well as various maneuvers and firing are fulfilled.

Şərh yaz

Your email adress will not be published ,Requied fileds are marked*.