Populyar xəbərlər
Noyabr ayının 29-da əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Kürdəmirdə vətəndaşları fərdi şəkildə qəbul edəcək. Eyni gündə nazir Sahil Babayevin müavinləri Anar Kərimov Ucarda, Mətin Kərimli isə Zərdabda vətəndaşlarla görüşəcək. Vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə aid olan məsələlərlə əlaqədar müraciətlərinə baxılacaq. Vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron poçt ünvanına (info@mlspp.gov.az və ya poçt vasitəsilə) və ya ad və soyadını, atasının adını yazaraq müraciət edə və ya 142 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər. Qeyd edək ki, müraciətlər 26 noyabr tarixinə qədər edilə bilər