Sahil Babayev: müavinət xərcləri 2.5, təqaüd xərcləri 4.4 dəfə artıb
-
- Xeber
- 106 baxış
- 0 şərhlər
Sahil Babayev 2020-ci ildə məşğulluq və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 610 milyon manat vəsait ayrıldığını deyib. Bu vəsait 4.8 milyon nəfəri əhatə edib.
Nazir Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin müakirələrini aparıb. Müzakirə zamanı o, Azərbaycanda son üç ildə pensiya xərclərinin 48 faiz, müavinət xərclərinin 2.5 dəfə, təqaüd xərclərinin isə 4.4 dəfə artdığını söyləyib.
O, həmçinin bildirib ki, dövlət sosial islahatlarını davam etdirəcək.