Sahil Babayev pandemiya dövründə ölkəmizdə görülən dəstək tədbirləri barədə məlumat verib
Əlaqəli xəbərlər

Sahil Babayev pandemiya dövründə ölkəmizdə görülən dəstək tədbirləri barədə məlumat verib

  • Xeber
  • Xeber
  • 148 baxış
  • 0 şərhlər

Sosial mudafie naziri Sahil Babayevlə Səudiyyə Ərəbistanı Krallığının (SƏK) insan resursları və sosial inkişaf naziri Əhməd Süleyman Əl Raci arasında onlayn formatda görüş olub.

Azərbaycanla SƏK arasında əlaqələrin daim genişləndiyini vurğulayan S.Babayev hər iki dövlətin başçılarının ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin güclənməsinə xüsusi diqqətini qeyd edib.

O, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi tarixi Zəfəri diqqətə çatdırıb. 30 ilə yaxın Ermənistanın işğalı altında olan ərazilərimizin 2020-ci ilin noyabr ayında erməni işğalından azad edildiyini bildirib. S.Babayev erməni təcavüzü nəticəsində dağıdılmış doğma yurd yerlərimizin bərpası və yenidən qurulması prosesinə başlandığını deyib. İkinci Qarabağ müharibəsi zamanı SƏK-in dost ölkə olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini (eyni zamanda, Körfəz Əməkdaşlıq Şurası və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində dəstəklədiyini) bildirib, buna görə minnətdarlığını ifadə edib.

S.Babayev ölkəmizdə sosial sahədə aparılan son islahatlar, pandemiya dövründə görülən iqtisadi və sosial dəstək tədbirləri barədə məlumat verib. O, iki ölkə arasında əmək sahəsində əməkdaşlığın genişləndirilməsi və fəal təcrübə mübadilələri üçün böyük potensialın olduğunu vurğulayıb. Hazırlanmış Memorandum layihəsinin bu sahədə önəmli prioritetlər müəyyən etdiyini deyib.

Əhməd Süleyman Əl Raci ölkəsinin Azərbaycanla əlaqələrinin əsasında dost münasibətlərinin dayandığını qeyd edib. O, nazirliklər arasında ikitərəfli əməkdaşlığın qurulması və genişləndirilməsinin əhəmiyyətini, bunun qarşılıqlı fayda verəcəyini vurğulayıb.

Görüşdə iki nazirlik arasında əmək sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənədə əsasən, tərəflər əmək mübahisələrinin həlli, əməyin təftişi, əməyin mühafizəsi və gigiyenası, məşğulluq imkanlarının artırılmasına yönəlmiş əmək bazarı siyasətlərinin, milli peşə standartlarının hazırlanması, milli kvalifikasiyaların təkmilləşdirilməsi, eləcə də tərəflərin razılaşdırdığı hər hansı digər sahədə əməkdaşlıq edəcəklər.

Şərh yaz

Your email adress will not be published ,Requied fileds are marked*.