Əlaqəli xəbərlər

Şəhid Sahil Babayev kimdir?

  • Xeber
  • Xeber
  • 131 baxış
  • 0 şərhlər

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Sahil Babayev Coşqun oğlu

Ölümündən sonra prezident İlham Əliyev tərəfindən “Vətən uğrunda” medalı və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Sahil Babayev Şabranın Ceyranlı kəndində 5 iyun 2002-ci ildə anadan olub. Doqquz il Ceyranlı kəndində təhsil aldıqdan sonra Şabhran şəhərindəki 2 saylı tam orta məktəb-liseydə təhsilinə davam edib. 2019-cu ildə isə Bakı Turizm Kollecinə qəbul olub.

Sahil Babayev 1 il sonra – 2020-ci ilin iyulun 7-də təhsilini başa vurmadan həqiqi hərbi xidmətə yollanıb və Azərbaycan Ordusunun əsgəri olub. Torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi üçün başlayan Vətən müharibəsində iştirak edən qəhrəman Sahil Babayev 20 oktyabr 2020-ci ildə ərazi bütövlüyümüz uğrunda gedən ağır döyüşlərdə şəhid olub. Qəhrəmanımızın nəşi doğulduğu Ceyranlı kəndində oktyabrın 21-də dəfn edilib.

Şərh yaz

Your email adress will not be published ,Requied fileds are marked*.