Xəbərlər

Tabor komandirinin layiq görüldüyü “NATO-nun Ləyaqətli Xidmət Medalı” şəhidin ailəsinə təqdim edilib

  • Xeber
  • Xeber
  • 96 baxış
  • 0 şərhlər

Tabor komandirinin layiq görüldüyü “NATO-nun Ləyaqətli Xidmət Medalı” şəhidin ailəsinə təqdim edilib

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində bir vaxtlar bu xüsusi təyinatlı hərbi təhsil müəssisəsinin “Zabit ixtisas kursu”nu bitirmiş Azərbaycan Ordusunun şəhid zabiti mayor Rəhim Qədir oğlu Hüseynovun anım mərasimi keçirilib.
Mərasimdə Müdafiə Nazirliyinin rəsmiləri, şəhidin ailə üzvləri, xidmət etdiyi hərbi hissənin, təhsil aldığı hərbi məktəblərin, eləcə də ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbir başlamazdan öncə Ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni ifa olunub.
“Qələbəyə gedən yollar” adlı ədəbi-musiqili kompozisiya təqdim edilib.
Layihə müəllifi Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani şəhid mayor Rəhim Hüseynovun hər bir gənc üçün örnək olan qısa, ancaq şərəfli ömür və döyüş yolu barədə ətraflı məlumat verib.
Nəzərə çatdırılıb ki, Rəhim Hüseynov 1984-cü il iyulun 1-də Zərdab rayonunun Gəlmə kəndində anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseyi, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nu bitirib. Motoatıcı taqım komandirliyindən tabor komandiri vəzifəsinədək yüksəlib.
Çexiya, Almaniya, Macarıstan, Amerika Birləşmiş Ştatları, Türkiyə, Bolqarıstan, Gürcüstan, Bosniya və Herseqovina, Rumıniyada beynəlxalq əhəmiyyətli kurslarda iştirak edib.
İngilis, rus, erməni dillərini mükəmməl bilən, Azərbaycan zabitinin ən yüksək mənəvi və iradi keyfiyyətlərini özündə birləşdirən igid zabitimiz xidmət müddəti ərzində NATO təlimləri və kursları çərçivəsində keçirilən beynəlxalq tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrini layiqincə təmsil edərək Azərbaycan bayrağını həmişə şərəflə daşıyıb.
Qeyd edilib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin təxribatlarına qarşı başlanan Vətən müharibəsi zamanı mayor Rəhim Hüseynov komandiri olduğu taborun şəxsi heyəti ilə birlikdə işğal altında olan ərazilərin azad edilməsi uğrunda döyüşlərdə şəxsi qəhrəmanlıq və şücaət nümunələri göstərib. Cəbrayıl, Füzuli və Qubadlı rayonları uğrunda hərbi əməliyyatlarda düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarını uğurla yerinə yetirib.
Sağlığında “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)”, “Əfqanıstanda sülhməramlı missiyaya görə” medalları ilə təltif olunan igid tabor komandiri 2020-ci il oktyabrın 20-də Qubadlının azad olunması uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub və ən yüksək məqama-şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev igid zabitimizin xidmətlərini yüksək qiymətləndirərək ölümündən sonra onu Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunələrinə, o cümlədən hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə “Qarabağ” ordeni, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edib.
Anım mərasimində qeyd edilib ki, Azərbaycan Ordusunun tabor komandiri mayor Hüseynov Rəhim Qədir oğlu 2020-ci ilin yekunları üzrə “NATO-nun Ləyaqətli Xidmət Medalı”na layiq görülüb.
Diqqətə çatdırılıb ki, Əfqanıstan İslam Respublikasında həyata keçirilən “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasında mayor R.Hüseynov 21 yanvar 2020-ci ildən 12 avqust 2020-ci ilədək Azərbaycanın Sülhməramlı Kontingentinin, eyni zamanda, Hamid Karzai Beynəlxalq Hava Limanında “NKIA” Qüvvə Mühafizəsi Qrupu Taborunun komandir müavini və komandiri vəzifələrini icra etmişdir.
Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasının və Amerika Birləşmiş Ştatları Qüvvələrinin Komandiri (ABŞ Quru Qoşunlarının Generalı) Austin Scott Miller igid həmyerlimizin təltif olunması ilə bağlı təqdimatında onun ləyaqətli xidmətinin təfsilatını bu cür dəyərləndirmişdir:

“Mayor Hüseynov NKIA-nın təhlükəsizliyini yüksəltmək və koronovirus epidemiyası dövründə müvafiq tədbirləri həyata keçirmək üçün müxtəlif millətlərdən olan çoxsaylı qüvvələrdən ibarət FPG Taboruna rəhbərlik etdiyi zaman fərqlənmişdir…davamı

Ətraflı:

Şərh yaz

Your email adress will not be published ,Requied fileds are marked*.