Xəbərlər

Təlimlər çərçivəsində Müdafiə naziri HHQ-nin Birləşmiş komanda məntəqəsində olub

  • Xeber
  • Xeber
  • 77 baxış
  • 0 şərhlər

Təlimlər çərçivəsində Müdafiə naziri HHQ-nin Birləşmiş komanda məntəqəsində olub

Azərbaycan Ordusunun əməliyyat-taktiki təlimləri çərçivəsində Hərbi Hava Qüvvələrinin (HHQ) Zenit-raket qoşunları və hərbi aviasiyanın qarşılıqlı fəaliyyətinin təşkilini yoxlamaq məqsədilə Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti HHQ-nin Birləşmiş komanda məntəqəsində olublar.
HHQ komandanı general-leytenant Ramiz Tahirov müasir avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilmiş Birləşmiş komanda məntəqəsinin fəaliyyəti barədə Müdafiə nazirinə məruzə edib. Bildirilib ki, müasir texnoloji avadanlıqla təchiz edilən məntəqə HHQ-nin fasiləsiz döyüş növbətçiliyinin aparılması, qoşunların qısa müddətdə döyüş vəziyyətinə gətirilməsi, eləcə də istənilən iqlim şəraitində və sutka ərzində düşmənin hava hədəflərinin izlənilməsi, kəşfiyyat məlumatlarının toplanılması, təhlili, qərarların vaxtında qəbulu və aviasiya qüvvələrinin döyüş tapşırıqlarını maksimal effektiv icrasını təmin edir. Qeyd edilib ki, təlimlər çərçivəsində komanda məntəqəsi həmçinin şərti düşmənin aşkar olunan hava hədəflərinin məhv edilməsi üçün əldə edilən məlumatların zenit-raket komplekslərinin komanda məntəqələrinə ötürülməsini təmin edir.
Birləşmiş Komanda Məntəqəsindəki şəraitlə maraqlanan Müdafiə naziri xidmətin və döyüş növbətçiliyinin təşkili və aparılması ilə bağlı müvafiq tapşırıqlar verib.
____

В рамках учений Министр обороны посетил Объединенный командный пункт ВВС

Министр обороны генерал-полковник Закир Гасанов и руководящий состав министерства посетили Объединенный командный пункт Военно-воздушных сил (ВВС) с целью проверки организации взаимодействия зенитно-ракетных войск и военной авиации ВВС в рамках оперативно-тактических учений Азербайджанской Армии.
Командующий ВВС генерал-лейтенант Рамиз Таиров доложил Министру обороны о деятельности Объединенного командного пункта, оснащенного современными автоматизированными системами управления. Было сообщено, что оснащенный современным технологическим оборудованием командный пункт обеспечивает несение непрерывного боевого дежурства ВВС, приведение войск в состояние боевой готовности в кратчайший срок, а также отслеживание воздушных целей противника в любых климатических условиях и в течение суток, сбор, анализ разведданных, своевременное принятие решения и максимально эффективное выполнение авиационными силами боевых задач. Было отмечено, что в рамках учений командный пункт также обеспечивает передачу полученных данных на командные пункты зенитно-ракетных комплексов для уничтожения обнаруженных воздушных целей условного противника.
Поинтересовавшись условиями в Объединенном командном пункте, Министр обороны дал соответствующие указания по организации и несению службы и боевого дежурства.
____

Defense Minister visited the Air Force Combined Command Post within the scope of the exercises

The Minister of Defense Colonel General Zakir Hasanov and the leadership of the ministry visited the Combined Command Post of the Air Force to check the organization of interoperability between the anti-aircraft missile forces and the military aviation of the Air Force in the course of the Operational-Tactical Exercises of the Azerbaijan Army.
Air Force Commander Lieutenant General Ramiz Tairov reported to the Minister of Defense on the activities of the Combined Command Post, equipped with modern automated control systems. It was reported that the command post provided with modern technological equipment ensures continuous combat duty of the Air Force, bringing troops to a state of combat readiness in the shortest possible time, as well as tracking enemy air targets in any weather conditions and within 24 hours, gathering, analyzing intelligence information, and urgent decision making and the most efficient accomplishment of combat missions by aviation forces. It was noted that as part of the exercises, the command post also ensures the transfer of the received data to the command posts of anti-aircraft missile systems to destroy the detected air targets of the imaginary enemy.
Inquiring about the conditions at the Combined Command Post, the Minister of Defense gave relevant instructions on organizing and carrying out military service and combat duty.

Şərh yaz

Your email adress will not be published ,Requied fileds are marked*.